Bəsrə şəhəri yaxınlığında etirazçılar Rusiyanın “Lukoyl” şirkətinin neft hasil etdiyi yatağa hücum ediblər.
Oxu.Az “Al-Arabia” telekanalına istinadən xəbər verir ki, etirazçılar orada çalışan fəhlələri girov götürüblər.
20.07
İraqın Bəsrə şəhərində etirazçılar İran konsulluğunun binasına od vurublar.
Oxu.Az xəbər verir ki, bunu “RİA Novosti” agentliyinə hadisə yerində olan mənbə bildirib.
Qeyd edək ki, dünən axşam nümayişçilər İran yönümlü siyasi partiyaların ofislərini yandırıblar.
Bəsrədə həftənin əvvəlindən etiraz aksiyaları keçirilir. Minlərlə nümayişçi yerli hakimiyyətdən şəhərin içməli su və elektrik enerjisi ilə təchizatının yaxşılaşdırılmasını tələb edir.