Argentina millisinin sabiq baş məşqçisi Diyeqo Maradona həm Belarus, həm də Meksikada çalışacaq.
Oxu.Az xəbər verir ki, bunu Maradonanın agenti Matias Morla deyib.
O bildirib ki, Maradona Belarusun “Dinamo” (Brest) və Meksikanın “Dorados de Sinaloa” klublarında fəaliyyət göstərəcək.
Qeyd edək ki, Belarus klubunun fəxri prezidenti olan Maradona “Dorados de Sinaloa” klubu ilə anlaşıb. O, bu klubda texniki direktor vəzifəsində çalışacaq.
Rəylər