Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Etirazlara rəğmən, Rusiya pensiya islahatlarını qəbul etdi
Rusiya Dövlət Dumasının əksər deputatları iyulun 19-da pensiya islahatları ilə bağlı layihənin lehinə səs veriblər.
Oxu.Az xəbər verir ki, bununla yanaşı, Dövlət Duması bu qanun layihəsinin müzakirəsinin daha bir ay müddətinə uzadılması ilə bağlı qərar qəbul edib.
Məlumata görə, qanuna dəyişikliklər sentyabrın 24-dək qəbul ediləcək.
İclasın başlanğıcında Rusiya Federasiyası Kommunist Partiyasının (RFKP) və “Ədalətli Rusiya”nın deputatları pensiya islahatları layihəsinin müzakirədən çıxarılmasını istəyib.
Bundan başqa, kommunistlərin nümayəndəsi pensiya yaşının artırılmasına moratorium qoymaq istəyib. Heç bir təklif qəbul olunmayıb.
Müzakirələr getdiyi zaman dumanın qarşısında pensiya yaşının artırılmasına qarşı etiraz aksiyaları baş tutub. Bu aksiyalarda RFKP-nın bir neçə deputatı, “Rusiya kommunistləri”nin lideri Maksim Suraykin, “Yabloka”nın nümayəndəsi Sergey Mitroxin, “Sol cəbhə” hərəkatının koordinatoru Sergey Udaltsov iştirak edib.
Люди подняли плакаты, стоят в одиночных пикетах, Левый Фронт держит плакаты «Повышение пенсионного возраста - это геноцид!» pic.twitter.com/KsauXraHLT
— Сергей Удальцов (@s_udaltsov) July 19, 2018
Pensiya yaşının artırılması ilə bağlı Rusiya hökumətinin planı baş nazir Dmitri Medvedev tərəfindən futbol üzrə dünya çempionatının açılış mərasiminin keçirildiyi gündə, yəni iyulun 14-də səsləndirilib.
Plana əsasən, 2028-ci ildən 65 yaşı olan kişilər, 2034-cü ildən isə 63 yaşı olan qadınlar təqaüdə çıxa biləcək (Hazırda Rusiyada kişilər 60, qadınlar 55 yaşında təqaüdə çıxır).
Layihə rus ictimaiyyətində kəskin etirazlarla qarşılanıb, bu səbəbdən Rusiyanın bir çox şəhərində aksiyalar keçirilib.
Rəylər