Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

"Fənərbağça" yayın ən səs-küylü transferinə HAZIRLAŞIR
Türkiyə Superliqasında "Qalatasaray"la çempionluq mübarizəsi aparan və həm Türkiyə Kubokunda, həm də UEFA Avropa Liqasında yoluna davam edən "Fənərbağça" yay transfer dövrü üçün ilk hədəfini müəyyənləşdirib.
Oxu.Az "Fanatik"ə istinadən xəbər verir ki, "sarı-lacivərdlilər" İtaliya A seriyasının ulduz futbolçusuna elçi düşüb. Söhbət adı əvvəl "Qalatasaray"la hallanan Matias Vesinodan gedir. Karyerasını İtaliya A Seriyası təmsilçisi "Latsio"da davam etdirən Vesinonun müqaviləsi mövsümün sonunda başa çatır.
Gələn mövsüm yarımmüdafiəsini 33 yaşlı futbolçu ilə gücləndirmək istəyən "Fənərbağça" bu transferin reallaşması üçün menecer Alessandro Luççi ilə əməkdaşlığa keçib. Luççi uruqvaylı ulduzun nümayəndələri ilə görüşəcək və onun bu transferin uğurla başa çatmasını təmin edəcəyi gözlənilir.