Türkiyənin xarici işlər naziri Hakan Fidan ölkəsinin ABŞ, Qətər və Misirlə birlikdə Qəzza zolağında atəşkəs razılaşmasının icrasına nəzarət edəcəyini və vasitəçilik səylərini davam etdirəcək dövlətlərdən ibarət işçi qrupuna qoşulacağını açıqlayıb.
Oxu.Az xəbər verir ki, nazir bu barədə Türkiyə mətbuatına açıqlama verib.
Xarici işlər naziri aydınlaşdırıb ki, hazırda qrupun əvvəlcədən müəyyən edilmiş öhdəlikləri yoxdur.
O əlavə edib ki, müqavilənin icrası zamanı problemlər yaranarsa, qrup praktiki həll yollarını tapmaq üçün müdaxilə edəcək.