Finlandiyada deputat parlament binasında intihar edib.
Oxu.Az-ın xəbərinə görə, bu barədə Finlandiya KİV məlumat verib.
"Avqustun 19-da parlament binasında bir nəfər ölüb. Polisə zəng Həyəcan Mərkəzi vasitəsilə daxil olub", - deyə "Yle" portalı Helsinki Polis Departamentinə istinadən yazıb.
Polis hələlik bu işdə hər hansı cinayət əməli görmür.
Hadisə yerində bir neçə polis patrul və təcili yardım xidmətləri işləyir.
Parlamentin təhlükəsizlik üzrə direktoru Aaro Toyvonen ölən şəxsin deputat və ya parlament əməkdaşı olması və ya ölümün təsadüfən baş verməsi ilə bağlı KİV-ə açıqlama verməyib.
Eyni zamanda, o, "İltalehti" qəzetinin deputatın parlament binasında intihar etməsi ilə bağlı xəbərini də təkzib etməyib.
Nəşr qeyd edib ki, ölən deputatın kimliyi məlumdur, lakin qohumları ilə əlaqə qurulmayana qədər onun adını dərc etməyəcək.