Fin polisi İmatra şəhərində üç qadının tüfəngdən açılan atəş nəticəsində öldüyünü bildirib.
Oxu.Az xəbər verir ki, bu barədə “MIG News” məlumat yayıb.
Hadisə gecə yarısına yaxın, yerli restoranların birində baş verib. Atışmanın qurbanlarının şəhər meri və iki jurnalistin olduğu bildirilib.
Finlandiyanın cənubi-şərq Polis Departamentinin bəyanatında bildirilir ki, şübhəli bilinən şəxs saxlanılıb. Bu, 23 yaşlı yerli sakindir.
Bildirilir ki, silahlı gənc qadınları restorandan çıxarkən güllələyib.
N.O.
www.oxu.az