Fransada məktəblərin vəziyyətinə etiraz edən lisey şagirdlərinin aksiyaları genişlənməyə başlayıb.
Oxu.Az "Reuters"ə istinadən xəbər verir ki, Sena-Sen-Deni departamentinin Obеrvilye şəhərində yerləşən Le-Korbüzye məktəbinin şagirdləri köhnə məktəb binalarına, siniflərin həddindən artıq sıxlığına və müəllim çatışmazlığına etiraz ediblər.
Etirazçılar hesab edirlər ki, onların yaşadığı ərazilərdəki məktəblər ən pis şəraitdə olan təhsil müəssisələri sırasındadır.
Aksiyalar zamanı polis gözyaşardıcı qaz və rezin güllələrdən istifadə edib, ümumilikdə 5 minədək şəxs saxlanılıb.