Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
![Fransada Zurabişvili prezident sarayını tərk edərkən qəribə detala diqqət yetirdilər](https://images.oxu.az/2024/12/29/bx4ycF3f9AI7kPCqNTBDQf2kRXwD6cbpWfcnYo5d:1200.jpg)
Fransada Zurabişvili prezident sarayını tərk edərkən qəribə detala diqqət yetirdilər
"Gürcüstanın keçmiş prezidenti Salome Zurabişvilinin prezident sarayını tərk edərkən tərəfdarlarının dalğalandırdığı ABŞ bayrağı ölkədə Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) uğursuzluğunu göstərir".
Oxu.Az "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə Fransanın Patriotlar partiyasının lideri Florian Filippo "X" sosial şəbəkəsindəki hesabında yazıb.
Siyasətçinin sözlərinə görə, ölkədə seçkinin nəticələrinin tanınmaması ilə bağlı səs-küylü bəyanatlara baxmayaraq, Zurabişvili yeni prezident seçildikdən sonra iqamətgahı tərk etməli olub.
"Onun az saylı tərəfdarlarının dalğalandırdığı ABŞ bayrağına baxın. Bu, MKİ-nin uğursuzluğudur. AB və NATO agenti sarayda qala bilmədi ", - Filippo yazıb.
"Salome Zurabişvili" teqi üzrə xəbərlər
- Zurabişvili yeni ofisində "prezident funksiyalarını" davam etdirəcəyini bildirib
- Zurabişvili özünə yeni iş tapdı
- Gürcüstanın sabiq prezidenti Konstitusiyanı pozduğuna görə cəzalandırıldı
- Zurabişvili postunda qalmaqda israr edir: Yeni prezidentin andiçmə mərasimi günü nə edəcək?
- Kobaxidze postundan getmək istəməyən Zurabişvilini "hədələdi": İqamətgahdan zorla çıxaracaqlar?