Fransada Apellyasiya Məhkəməsi ölkənin birinci xanımı Bricit Makrona qarşı böhtanda ittiham olunan jurnalist Nataşa Reyə bəraət verib.
Oxu.Az-ın məlumatına görə, bu barədə Reyin vəkili Fransua Danqlean "X" sosial şəbəkəsində məhkəmənin qərarını paylaşaraq bildirib.
İddia 2023-cü ildə Reyin Makronun cinisyyəti ilə bağlı şübhələr ifadə etdiyi nəşrlərlə əlaqədar olub.
Vəkil bildirib ki, jurnalist Bricit Makron və onun vəkili Jan-Mişel Tronyeyə qarşı "məhkəmə prosesindən sui-istifadə" ilə bağlı cavab iddiası hazırlayır.