Gömrük İttifaqına daxil olan Rusiya, Belarusiya və Qazaxıstan hakimiyyəti yaxın gələcəkdə vahid valyuta hesabına keçirməyə qərara alıblar. İlkin olaraq yeni ödəmə vasitəsi “altın” adlandırılıb.
Oxu.Az Utro.ru-ya istinadən xəbər verir ki, İttifaqa daxil olan üç ölkənin prezidentləri Qazaxıstan lideri Nursultan Nazarbəyovun müəllifi olduğu ideyanı artıq dəstəkləyiblər.
Dəyişikliklərə yalnız Belarusiya prezidenti Aleksandr Lukaşenkonun ehtiyatla yanaşması, kolleqalarını kəskin addımlardan və bəyanatlardan daşındırdı.
Yeni valyutanın tətbiq edilməsi və dövriyyə qaydaları barədə bütün sənədlər, 2015-ci il yanvar ayının 1-də yaradılacaq, qitədə siyasi və maliyyə inteqrasiya tendensiyasını davam etdirəcək – Avrasiya iqtisadi İttifaqı (AAİİ) çərçivəsində imzalanacaq. Astananın ümid etdiyi prosesin sürətləndirilməsinə, Krımdakı fəaliyyətinə görə Moskvaya qarşı sanksiyaların tətbiqi təkan ola bilər.