Əməkdar artist İzzət Bağırov son illər konsert verməməsinin səbəblərindən danışıb.
Oxu.Az publika.az-a istinadla xəbər verir ki, müğənni əvvəllər mütəmadi olaraq solo-konsertlər verdiyini maddi imkanla əlaqələndirib:
“Mən Şəhriyar adına sarayda konsert verəndə bir nəfər üst-üstə 5-6 bilet alırdı. Çünki biletlərin də qiyməti ucuz idi, 40-50 manat. Bir ana bütün ailə üçün bilet alırdı. Amma indi konsert salonlarının icarə haqqı 60 mindir. Mən gərək 200 manata bilet satım ki, o xərci ödəyə bilim. 200 manata da kimdir konsertə gələn?”.