Uşağını abort etdirən ana bu gün Bakıda dünyasını dəyişib.
Oxu.Az Qafqazinfo-ya istinadən xəbər verir ki, Füzuli rayonunun Murtuzallar kəndindən olan Vüsalə adlı qadın bir müddət əvvəl abort etdirərək hamiləliyinə son verib.
Lakin abort zamanı onun bədəninə güclü infeksiya keçib.
O, ağır vəziyyətdə 1 Saylı Şəhər Xəstəxanasının (keçmiş Semaşko adına xəstəxana) reanimasiya şöbəsinə yerləşdirilib. Bu gün günorta saatlarında qadın vəfat edib.