Yaponiyanın Fukusima şəhərində güclü partlayış baş verib. İlkin məlumatlara görə, restoranların birində qaz partlayıb.
360 TV-nin məlumatına görə, bina tamamilə yanıb.
Azı bir nəfərin öldüyü, 18 nəfərin yaralandığı bildirilir. Onların arasında qonşuluqda yerləşən bankın əməkdaşları və müştəriləri də var.