Günəşdə yüksək sinifli maqnit mürəkkəbliyinə malik ləkələr qrupu əmələ gəlib.
Oxu.Az-ın KP.ru-ya istinadən xəbərinə görə, bu barədə Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutunun Günəş Astronomiyası Laboratoriyasının mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, ulduzun hazırkı aktivliyi aşağı səviyyəli qiymətləndirilir, lakin 4 465 ləkələr qrupu kiçik ölçüsünə - cəmi 180 vahid olmasına baxmayaraq gözlənilmədən maksimum Beta-Gamma kateqoriyasına yaxın dərəcə təşkil edir.
Alimlər izah ediblər ki, partlayış aktivliyi yalnız bu Günəş ləkələri qrupunun hesabına dəstəklənir. Bu qrupda enerji ehtiyatları tükəndikdən sonra Günəş aktivliyinin bütün göstəriciləri sıfıra enəcək.
Hazırda geomaqnit vəziyyət olduqca sakit kimi xarakterizə olunur. Aylıq proqnoza əsasən, 30 "yaşıl gün" (sakit şərait) gözlənilir. Lakin laboratoriya belə bir ideal ssenarinin baş tutmaması ehtimalını da etiraf edib: hansısa dalğalanmalar mütləq baş verəcək, lakin bunun dəqiq nə vaxt və hansı intensivliklə olacağı hələ məlum deyil.