Kanadanın Britaniya Kolumbiyası əyalətində Çillivak şəhəri yaxınlığındakı akvaparkda baş vermiş hadisə nəticəsində on iki uşaq xəstəxanaya yerləşdirilib.
Oxu.Az xəbər verir ki, bu barədə CTV telekanalı məlumat yayıb.
Telekanalın məlumatına görə, hadisənin elektrik cərəyanının təsiri ilə bağlı olduğu ehtimal edilir. Parkın baş inzibati əməkdaşı Endryu Ştoyenenberq baş verənləri son dərəcə narahatedici və xoşagəlməz insident adlandırıb.
O qeyd edib ki, zərərçəkənlər hadisə baş verən anda nə suda, nə də attraksionlarda olublar.
İlkin ehtimallara əsasən, uşaqlar növbə gözləyən zaman məhəccərə toxunduqdan sonra zərər çəkmiş ola bilərlər. Bununla belə, akvaparkın nümayəndəsi onların aldığı xəsarətlərin ağırlıq dərəcəsi barədə məlumatı açıqlamayıb.