Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Günəşdə iki güclü partlayış baş verib
Günəşdə ən yüksək sinif partlayışlar qeydə alınıb.
Oxu.Az bu barədə TASS-a istinadən xəbər verir.
"Dekabrın 30-da Moskva vaxtı ilə saat 7:14-də (Bakı vaxtı ilə 8:14) 3936 (N10W46) ləkə qrupunda rentgen diapazonunda 37 dəqiqə davam edən X1.5 partlayışı qeydə alınıb. Moskva vaxtı ilə 7:32-də (Bakı vaxtı ilə 8:32) 3932 (S18W50) ləkə qrupunda rentgen diapazonunda 5 dəqiqə davam edən X1.1 partlayışı qeydə alınıb", - deyə Rusiya Tətbiqi Geofizika İnstitutundan məlumat verilib.
Bundan əlavə, Günəşdə M sinfinə aid daha altı partlayış baş verib.
Qeyd edək ki, Günəş partlayışları rentgen şüalanmasının gücündən asılı olaraq beş sinfə bölünür: A, B, C, M və X. Minimal A0.0 sinfi Yerin orbitində bir kvadratmetrə 10 nanovatt şüalanma gücünə uyğundur. Növbəti hərfə keçərkən güc 10 dəfə artır. Partlayışlar, bir qayda olaraq, günəş plazmasının atılması ilə müşayiət olunur ki, onun buludları Yerə çatdıqda maqnit fırtınalarına səbəb ola bilər.
Rəylər