Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Britaniya mediası Azərbaycan Prezidentinin təyyarə qəzası ilə bağlı fikirlərini geniş işıqlandırıb
Britaniya mediası Azərbaycan Prezidenti İlham Əliyevin dekabrın 25-də Bakı-Qroznı reysini yerinə yetirən AZAL-a məxsus sərnişin təyyarəsinin qəzaya uğraması ilə bağlı AzTV-yə müsahibəsini geniş işıqlandırıb.
AZƏRTAC xəbər verir ki, Britaniyanın BBC, "Sky News", "The Independent", "The Guardian" kimi nüfuzlu media orqanlarında Prezident İlham Əliyevin fikirləri geniş əks olunub.
Materiallarda Prezident İlham Əliyevin təyyarənin Aktau yaxınlığında qəzaya uğraması ilə bağlı dediyi fikirlər yer alıb. Dövlətimizin başçısının Azərbaycanın mülki təyyarəsinin Rusiya ərazisində, Qroznı şəhərinin yaxınlığında xaricdən zədə almasını və təyyarəmizin radioelektron mübarizə vasitələri tərəfindən idarəolunmaz vəziyyətə salındığını qeyd etdiyi bildirilib.
Müsahibə zamanı Azərbaycan Prezidentinin təyyarənin Rusiya tərəfindən qəsdən vurulduğunu güman etmədiyi bildirilib. Qeyd olunub ki, dövlət başçısı ilk üç gün ərzində Rusiyadan cəfəng versiyalardan başqa heç nə eşitmədiklərini deyib.
Xəbərlərdə Prezident İlham Əliyevin Rusiyanın bəzi qurumlarının hadisəni ört-basdır etməyə çalışdığını vurğulaması diqqət çəkib. Prezident hadisənin ilk günlərində Rusiyanın qaz balonunun partlaması və ya quş dəstəsinə çırpılma kimi "cəfəng və uydurma versiyalar" irəli sürməsini tənqid edib. Dövlət başçısının - "Füzelyajın dəlik-deşik olması quş versiyasını tamamilə gündəlikdən çıxarır",- ifadəsi geniş şəkildə sitat gətirilib.
"AZAL təyyarəsinin qəzası" teqi üzrə xəbərlər
- Ferhad Aznevi: "Rusiya bütün hallarda AZAL təyyarəsi qəzasına görə məsuliyyət daşıyır"
- Mixail Saakaşvili İlham Əliyevin qətiyyətindən yazdı
- Uçuş qorxusu nədir və ondan necə qurtulmaq olar?
- Nurulla Siracov arzusuna çatdı: Günlər sonra yaralanan xanımını gördü
- Qazaxıstanda AZAL təyyarəsində baş vermiş faciəyə mahnı həsr edildi