Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Təyyarə qəzasında xəsarət alan 9 nəfər ambulator müalicə üçün evə buraxılıb
Azərbaycan təyyarəsinin Qazaxıstanın Aktau şəhərində qəzaya uğraması nəticəsində xəsarət alanlardan doqquzu ambulator müalicə üçün evə yazılıb.
Oxu.Az-ın xəbərinə görə, bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib.
Bildirilib ki, xəsarət alan şəxslərdən beşinin müalicəsi TƏBİB-in tabeliyindəki "Yeni Klinika"da davam etdirilir.
"Stasionar müalicə alan xəstələrdən 9 nəfər bu gün kafi vəziyyətdə ambulator müalicə üçün evə yazılıb. Reanimasiya şöbəsində müalicə alan və əvvəllər vəziyyəti ağır stabil olaraq qiymətləndirilən pasiyent stasionar şöbəyə köçürülüb. Hazırda vəziyyəti orta ağırdır.
Müalicəsi davam etdirilən digər şəxslərin vəziyyətləri isə qənaətbəxş olaraq qiymətləndirilir. Hər birinin sağlamlıq durumu həkimlərin nəzarətindədir", - məlumatda qeyd olunub.
Qeyd edək ki, dekabrın 25-də AZAL-ın Bakıdan Qroznıya uçan sərnişin təyyarəsi Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Təyyarədə 62 sərnişin və 5 ekipaj üzvü olub. Qəza nəticəsində 38 nəfər ölüb, 29 nəfər sağ qalıb.
"AZAL təyyarəsinin qəzası" teqi üzrə xəbərlər
- Ferhad Aznevi: "Rusiya bütün hallarda AZAL təyyarəsi qəzasına görə məsuliyyət daşıyır"
- Mixail Saakaşvili İlham Əliyevin qətiyyətindən yazdı
- Uçuş qorxusu nədir və ondan necə qurtulmaq olar?
- Nurulla Siracov arzusuna çatdı: Günlər sonra yaralanan xanımını gördü
- Qazaxıstanda AZAL təyyarəsində baş vermiş faciəyə mahnı həsr edildi
Rəylər