Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Günəşin aktivliyi onilliklər ərzində maksimum həddə çatıb
2024-cü ilin mayından bəri Günəşin aktivliyi kəskin artıb.
Bu barədə Kosmik Tədqiqatlar İnstitutunun Günəş rentgen astronomiya laboratoriyasının və Rusiya Elmlər Akademiyasının Günəş-Yer Fizikası İnstitutunun mütəxəssisləri məlumat veriblər.
Bildirilib ki, aktivlik 25-ci Günəş dövrünün başlanğıcından bəri ən yüksək göstəriciyə çatıb və 24-cü dövrün göstəricilərini xeyli keçib.
Günəş aktivliyinin səviyyəsi 2023-cü ilin yayından 12 dəfə yüksək olmaqla 172-yə çatıb.
Qeyd edək ki, 24-cü Günəş dövrü 2008-ci ildən 2018-ci ilə qədər davam edib, 25-ci Günəş dövrü isə 2019-cu ildə başlayıb və 2025-ci ilin iyulunda onun pik həddə çatması gözlənilir.
Mənbə: mk.ru