Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Gürcüstan parlamentinin ilk iclasının vaxtı açıqlandı
Gürcüstanın Baş naziri İrakli Kobaxidze ölkə parlamentinin seçkinin rəsmi nəticələri elan olunduqdan 10 gün sonra, yəni noyabrın 25-də toplaşacağını bildirib.
Oxu.Az xəbər verir ki, bu barədə aspny.ge məlumat yayıb.
O, ölkənin qanunverici orqanının legitimliyi ilə bağlı sualı belə cavablandırıb.
Baş nazirin sözlərinə görə, heç bir ölkədə parlamentin müxalifətin legitimliyinə ehtiyacı yoxdur və əgər başqa cür olsaydı, heç bir demokratik sistem fəaliyyət göstərə bilməzdi.
"Parlamentin ilk iclasına gəlincə, bildiyiniz kimi, son tarixlər Gürcüstan Konstitusiyası ilə müəyyən edilib. Güman edirik ki, Gürcüstanın hələ də formal Prezidenti olan Salome Zurabişvili növbəti dəfə Gürcüstan Konstitusiyasını pozacaq və parlamentin ilk iclasını təyin etməyəcək. Belə olan halda Gürcüstan parlamenti seçkilərin rəsmi nəticələrinin dərcindən sonra düz 10-cu gündə, yəni noyabrın 25-də toplaşacaq. Bunu Konstitusiya təsbit edir", - Kobaxidze bildirib.
"Gürcüstan parlamenti" teqi üzrə xəbərlər
- İvanişvili və Kobaxidze deputat mandatlarından məhrum edildilər
- Tbilisidə vandalizm: Parlament binasının pəncərələri sındırıldı, otaqları yandırıldı
- Gürcüstanda 2014-cü il ssenarisi təkrarlanacaq? - Qərbin "Gürcüstan arzusu"
- Gürcü spiker: "Biz siyasi korrupsiya ilə məşğul olan insanlardan dərs almaq istəmirik"
- Gürcüstan parlamentinin sədri: "COP29-un Bakıda keçirilməsi Azərbaycan üçün mühüm tarixi hadisədir"
Rəylər