Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Gürcüstan parlamentinin sədri Brüsseli riyakarlıqda ittiham etdi
Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili Brüsselin diplomatik pasport sahibləri üçün vizasız rejimin ləğvi barədə qərarını riyakarlıq adlandırıb.
Oxu.Az-ın verdiyi məlumata görə, bu barədə o, özünün "Facebook" hesabında yazıb.
O, Gürcüstan məmurları üçün viza rejiminin sadələşdirilməsinin hələ Mixail Saakaşvilinin hakimiyyəti dövründə həyata keçirildiyini xatırladıb.
"Xatırladıram ki, diplomatik pasportların sahiblərinə, Saakaşvili rejiminin rəsmi şəxsləri üçün sadələşdirilmiş viza verilməsi haqqında saziş 2010-cu ildə imzalanıb", - deyə Papuaşvili "Facebook"da yazıb.
Papuaşvili qeyd edib ki, Saakaşvilinin hakimiyyəti dövründə həbsxanalarda işgəncələr, sifarişli qətllər, seçkilərin saxtalaşdırılması və digər insan haqlarının pozulması halları baş verib.
"Həmin vaxt Brüssel bu çiçəklənən avtokratiyanın yaradıcılarına (adi vətəndaşlara yox) vizasız rejim bəxş etdi. Vətəndaşlar üçün vizasız rejimə isə daha yeddi il və "Gürcü Arzusu" tərəfindən Saakaşvili rejiminin devrilməsi lazım oldu. Ona görə də Brüsselin demokratiyanın tapdalanması ilə bağlı ittihamları, əlbəttə ki, yalan və riyakarlıqdır. Lakin avtoritar rejimin yaradıcısı Saakaşvilinin həbsdən azad edilməsini tələb edən yerdən bunu eşitmək təəccüblü deyil", - deyə Papuaşvili bildirib.
Xatırladaq ki, yanvarın 27-də Brüsseldə Aİ xarici işlər nazirləri Avropa Komissiyasının 20 dekabr 2024-cü ildə təklif etdiyi Gürcüstan məmurları və diplomatları üçün vizasız rejimin dayandırılması barədə qərar qəbul ediblər.
"Şalva Papuaşvili" teqi üzrə xəbərlər
- Macarıstanın Baş naziri Viktor Orban Brüsseli Gürcüstana təzyiqləri dayandırmağa çağırdı
- Papuaşvili: "Ukraynanın Gürcüstana təzyiqi beynəlxalq hüququn pozulması idi"
- Gürcüstanda prezident seçkisini gələn ilə saxlamaq istəmirlər
- İrakli Kobaxidze baş nazir postuna namizəd olacaq
- Gürcüstan parlamentinin sədri: "COP29-un Bakıda keçirilməsi Azərbaycan üçün mühüm tarixi hadisədir"
Rəylər