Gürcüstanın mədəniyyət naziri Tinatin Ruxadze vəzifəsindən istefa verib.
Oxu.Az xəbər verir ki, bu barədə Mədəniyyət Nazirliyinin rəsmi sosial şəbəkə hesabında məlumat yayılıb.
Bildirilib ki, istefanın səbəbi nazirin səhhətində yaranan problemlərdir.
"Baş nazir İrakli Kobaxidze ilə məsləhətləşdikdən sonra mədəniyyət naziri vəzifəsindən istefa vermək qərarına gəldim. Səhhətimlə bağlı təcili müalicə kursu keçməliyəm və bu, nazir vəzifəsini lazımi şəkildə icra etməyimə imkan verməyəcək", - deyə Mədəniyyət Nazirliyinin yaydığı açıqlamada bildirilib.
Tinatin Ruxadze qeyd edib ki, mədəniyyət sahəsi xüsusi diqqət və qayğı tələb edir.
"Səhhətim mənim çox sevdiyim və dəyər verdiyim işə lazımi diqqəti ayırmağa imkan vermədiyi üçün təəssüflənirəm", - deyə o vurğulayıb.