Keçmiş Yuqoslaviya üzrə Beynəlxalq tribunalın iclasında apellyasiya instansiyasının hökmü elan edildikdən zəhər içən xorvat general Slobodan Pralyak ölüb.
Oxu.Az-ın xəbərinə görə, bu barədə çərşənbə günü, noyabrın 29-da, HRT Vijesti nəşri məlumat yayıb.
Pralyak Haaqa xəstəxanalarının birində dünyasını dəyişib.
General 2013-cü ildə hərbi cinayətlərə görə 20 il müddətinə azadlıqdan məhrum edilmişdi. Apellyasiya komissiyasının birinci instansiya məhkəməsinin qərarını qüvvədə saxlamasını elan etdikdən sonra Pralyak hakimlərə deyib:
“General Pralyak ərbi cinayətkar deyil, və mən sizin hökmünüzü rədd edirəm”. Sonra o, zəhər içərək intihar edib.
16:22
Sabiq Yuqoslaviya üzrə Beynəlxalq tribunalın iclasında xorvat general Slobodan Pralyak apelyasiya instansiyasının hökmü elan edildikdən sonra zəhər içib.
Oxu.Az-ın məlumatına əsasən, Pralyak zəhəri apelyasiya instansiyası Bosniya xorvatlarının lideri Yadranko Priliçlə bağlı qərarı təsdiqlədikdən sonra içib. Bundan sonra dinləmə dərhal dayandırılıb.
Qeyd edək ki, Bosniya xorvatlarının liderinə 25 il həbs cəzası verilib.
Xatırladaq ki, bu gün Haaqada Parlyak və daha beş Bosniya xorvatının şikayətinə baxılıb. Qeyd edilən şəxslərə 2013-cü ildə hərbi cinayətlərə görə hökm oxunmuşdu. O zaman Parlyaka 20 il həbs cəzası verilmişdi.
N.О.