Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

Hakan Fidan: "NATO XİN rəhbərləri müdafiə xərcləri ilə yanaşı, Ukraynanı da müzakirə edəcəklər"
NATO xarici işlər nazirlərinin Antalyada keçiriləcək qeyri-rəsmi toplantısında alyansın müdafiə xərcləri və Ukraynada sülh yolu ilə nizamlanması diqqət mərkəzində olacaq.
Oxu.Az TASS-a istinadən xəbər verir ki, bu barədə Türkiyənin xarici işlər naziri Hakan Fidan məlumat verib.
"Müttəfiqlər bu gün mühüm müzakirələr aparacaqlar. Müdafiə xərclərinin idarə edilməsi və yükünün bölüşdürülməsindən və müdafiə sənayesinin gücləndirilməsindən tutmuş Ukraynaya sülhün necə gətiriləcəyinə qədər. Bunlar liderlərimizin gələn ay Niderlandda keçirəcəyi görüşə hazırlıq çərçivəsində bu gün müzakirə edəcəyimiz mühüm məsələlərdən bəziləridir", - deyə Fidan qeyri-rəsmi görüşdən əvvəl jurnalistlərə bildirib.
Qeyd edək ki, alyansın İstanbulda keçiriləcək nazirlər toplantısına paralel olaraq Rusiya və Ukrayna nümayəndə heyətləri arasında danışıqların baş tutacağı gözlənilir. Kiyevin də İstanbula nümayəndə heyəti göndərdiyi və Vladimir Zelenskinin daha sonra Ankarada Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanla danışıqlar aparacağı bildirilir.
"Türkiyə XİN" teqi üzrə xəbərlər
- Türkiyə XİN: "Azərbaycanla həmrəyliyimiz əbədi davam edəcək"
- Lavrov və Fidan İstanbulda Rusiya-Ukrayna danışıqlarına hazırlığı müzakirə ediblər
- Türkiyə XİN Azərbaycanı 28 May - Müstəqillik Günü münasibətilə təbrik etdi
- Türkiyə XİN: "İstanbul danışıqları Ukraynada nizamlanma üçün əsas ola bilər"
- Hakan Fidan Rusiya-Ukrayna danışıqlarının yekunlarını açıqladı