Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Hakan Fidan: "Trampın qaləbəsindən sonra Rusiya-Ukrayna müharibəsinin bitməsinə ümidlər də artdı"
"Trampın seçkidə qalib gəlməsindən sonra Rusiya-Ukrayna müharibəsinin bitməsinə ümidlər də artdı".
Oxu.Az-ın Milliyet.com-a istinadən xəbərinə görə, bu sözləri Türkiyənin xarici işlər naziri Hakan Fidan deyib.
"Biz Ukraynanın ərazi bütövlüyünü dəstəkləyirik. Krımın ilhaqı zamanı da bu mövqeyimizi açıq şəkildə ortaya qoyduq. Lakin müharibənin də hər iki tərəfə qazanc gətirmədiyini görürük, daha çox insan ölümü, dağıntılar və gücdən düşmə... Biz bu reallığı ABŞ və Qərbdən olan həmkarlarımıza da izah edirik və artıq tərəflər arasında danışıqların, görüşlərin keçirilməsinin zəruriliyinə diqqət çəkirik. Əslində bu məsələdə biz ilk gündən bu yana diplomatiyaya üstünlük verilməsinin vacibliyini müdafiə etdik. Bundan irəli gələrək, tərəfləri danışıqlar masası arxasında bir araya gətirmək üçün diplomatiyanın bütün imkanlarından istifadə etdik. Əslində müharibənin ilk günlərində tərəfləri əvvəlcə Antalyada, daha sonra İstanbulda bir araya gətirmişdik. İstanbulda aparılan texniki danışıqlar nəticəsində sülhə çox yaxınlaşmışdıq", - deyə Hakan Fidan bildirib.
"Türkiyə tərəflərin qarşılıqlı razılaşdıracağı format və parametrlər çərçivəsində ədalətli və davamlı sülhə yönəlmiş səylərdə yardımçı rol oynamağa hazırdır. Biz sülh üçün əlimizi daşın altına qoymaqdan çəkinmirik", - deyə Türkiyə XİN rəhbəri qeyd edib.
"Hakan Fidan" teqi üzrə xəbərlər
- Hakan Fidan: "İsrail-İran arasında müharibə ehtimalını yüksək hesab edirəm"
- Türkiyə XİN: "Azərbaycanla Ermənistan arasında sülhün imzalanması üçün tarixi fürsət yaranıb"
- Ərdoğan: "Suriyanı tək qoymayacağıq, Hakan Fidan tezliklə Suriyaya yollanacaq"
- Hakan Fidan: "Bəşər Əsəd Türkiyə tərəfi ilə görüşdən imtina etdi"
- Hakan Fidan: "Türkiyə Suriyada İranı əvəz etmək fikrində deyil"