Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Bakının şərq və qərb hissələrində yeni tullantı emalı müəssisələri tikiləcək
"Təmiz Şəhər" ASC-nin növbəti hədəfi Bakıda zibilxanalara göndərilən məişət tullantılarının həcmini azaltmaq, paytaxtın şərq və qərb hissələrində yeni tullantı emalı müəssisələri tikməkdir".
"Report" xəbər verir ki, bunu səhmdar cəmiyyətinin İdarə Heyətinin sədr müavini Sabit Zeyniyev bu gündən başlayaraq noyabrın 22-nə qədər Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində Yaşıl Zona tədbirlərinin açılışında bildirib.
Onun sözlərinə görə, tullantıların idarə edilməsində düzgün logistikanı təmin etmək vacibdir.
Sədr müavini həmçinin vurğulayıb ki, tullantıların toplanması və daşınması ilə bağlı Bakının Xəzər rayonunun Qala qəsəbəsində pilot layihə həyata keçirilib:
"Layihə çərçivəsində tullantıların mənbəyində ayrılması təmin edilir, tullantılar təkrar emal edilə bilən konteynerə yerləşdirilir. Daha sonra tullantıları çeşidləmə müəssisəsinə aparırıq, burada təkrar emal edilə bilən tullantılar ayrılır və elektrik enerjisi istehsalı üçün tullantı idarəetmə müəssisəsinə göndərilir".
"COP29" teqi üzrə xəbərlər
- COP29 ərəfəsində 200-ə yaxın nəzarətdə olan media qurumu Azərbaycanla bağlı neqativ məlumat yayıb
- Qalib xalqın, qalib dövlətin rəhbəri: Bu gün Azərbaycan Cənubi Qafqazın ən güclü dövlətidir
- Leyla Əliyeva Keniya prezidenti ilə görüşüb
- Ruben Vardanyanın oğlu Azərbaycana qarşı kampaniyanı maliyyələşdirənlərdən olub - HESABAT
- COP29 ərəfəsində Azərbaycana qarşı təbliğat aparacaq veb-səhifələr yaradılıb - HESABAT