Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Hakan Fidanla Blinken Cənubi Qafqazı müzakirə ediblər
ABŞ Dövlət katibi Antoni Blinkenlə Türkiyə Xarici işlər naziri Hakan Fidan arasında telefon danışığı baş tutub.
Oxu.Az xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi məlumat yayıb.
Qeyd olunub ki, tərəflər telefon danışığı zamanı Suriya, Qəzza, Ukrayna və Cənubi Qafqazı müzakirə ediblər.
Fidan Türkiyənin bölgədə qeyri-sabitliyi artıracaq hər hansı inkişafa qarşı olduğunu və bu çərçivədə gərginliyin azaldılmasının tərəfdarı olduğunu bildirib. Nazir vurğulayıb ki, Suriyada sülh və əmin-amanlığın bərqərar olması üçün rejim və müxalifət arasında siyasi proses başa çatdırılmalıdır.
O, Türkiyənin özünə və Suriyanın mülki əhalisinə qarşı terror fəaliyyətinə heç vaxt icazə verməyəcəyinə də diqqət çəkib.
Söhbət zamanı Ukrayna və Cənubi Qafqaz, eləcə də Qəzza zolağı ilə bağlı məsələlər də müzakirə olunub.
"Türkiyə XİN" teqi üzrə xəbərlər
- Türkiyə və Rusiya XİN rəhbərləri Suriyadakı vəziyyəti müzakirə ediblər
- Fidanla Lavrov arasında telefon danışığı baş tutub - TƏFƏRRÜAT
- Hulusi Kılıç: "Hakan Fidanın Azərbaycana səfəri zamanı bütün dünya qardaşlığımızı bir daha gördü"
- Türkiyə XİN: "Azərbaycanla Ermənistan arasında sülhün imzalanması üçün tarixi fürsət yaranıb"
- Hakan Fidan: "Türkiyə Suriyada İranı əvəz etmək fikrində deyil"
Rəylər