Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Hansı şəxslər ABŞ ordusunda xidmət etməyəcək?
ABŞ Prezidenti Donald Tramp transseksualların ABŞ ordusunda xidmət etməsinə icazə verən müddəanı ləğv edən fərman imzalayıb.
Oxu.Az-ın xəbərinə görə, bu barədə "Politico" nəşri yazıb.
Məlumata görə, Tramp sələfi Co Baydenin sərəncamını ləğv edib. Bildirilir ki, yeni qadağa hələ tətbiq olunmasa da, bu müddəanın ləğvi gələcəkdə onun fəaliyyətinə imkanlar açır.
"Tramp yeni qadağanı tətbiq etməsə də, Bayden dövrünün sərəncamının ləğvi bu istiqamətdə yol açır", - deyə "Politico" qeyd edib.
Xatırladaq ki, ABŞ Müdafiə Nazirliyinin məlumatına görə, 2019-cu ildə Trampın ilk qadağasının tətbiqinə qədər orduda 8 minə qədər transseksual xidmət edib.
"Amerika Birləşmiş Ştatları (ABŞ)" teqi üzrə xəbərlər
- Ən azı 18 ştat Trampın ABŞ vətəndaşlığına qoyduğu məhdudiyyətlərə qarşı məhkəmə iddiası qaldırıb
- ABŞ-nin bütün ştatlarında ölüm hökmü geri qayıdır
- ABŞ "TikTok"dan xilas olacaq, bəs bəşəriyyət?
- Nümayəndələr Palatasının keçmiş spikeri Nensi Pelosi: "Prezidentin qərarı utancvericidir"
- Kapitoliyə hücum edən yüzlərlə insan əfv olundu
Rəylər