Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
HƏMAS atəşkəs razılaşması çərçivəsində 40 girovu azad etməkdən imtina edib
Fələstinin HƏMAS hərəkatı Qəzza zolağında İsraillə təklif olunan atəşkəs razılaşması çərçivəsində 40 girovu azad etməkdən imtina edib.
Mənbə yazır ki, danışıqları aparanlar münaqişə tərəflərinə Qəzza zolağında üç mərhələdə həyata keçirilməli olan atəşkəslə bağlı yeni təklif təqdim ediblər.
Birinci mərhələdə HƏMAS-ın Qəzza zolağında saxlanılan 40 israilli girovu azad etməsi, bunun müqabilində İsrail tərəfinin 100-ü ömürlük həbsə məhkum edilmiş şəxs olmaqla 900 fələstinli məhbusu qaytarması təklif edilirdi.
Bundan əlavə, vasitəçilər Qəzza zolağının əsas magistralları - anklavın şimal və cənub hissələrini birləşdirən Salahəddin şosesi və Əl-Rəşid küçəsi ətrafında təhlükəsiz zona yaradılmasını təklif ediblər.
Yeni təklifdə deyilir ki, İsrail qüvvələri məcburi köçkünlərin Qəzza zolağının şimalına qayıtmasına imkan verəcək magistrallardan 500 metr məsafədə yerləşdirilməlidir.
Mənbə: The Times of Israel
Rəylər