Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

HƏMAS-ın növbəti azad edəcəyi girovlar İsrail, ABŞ və Fransa vətəndaşlarıdır
Fələstin HƏMAS hərəkatı fevralın 1-də İsrail vətəndaşı Yarden Bibas, ABŞ pasportunun sahibi Kit Siqal və Fransa vətəndaşı Ofer Kalderonu azad edəcək.
Oxu.Az-ın məlumatına görə, müvafiq bəyanatı HƏMAS-ın hərbi qanadı - "İzzəddin əl-Qəssam Briqadaları" qruplaşmasının nümayəndəsi Əbu Ubeydə özünün "Telegram" kanalında dərc edib.
"İsraillə mübadilə sazişi çərçivəsində fevralın 1-də Ofer Kalderon, Kit Siqal və Yarden Bibası azad etmək qərarına gəldik", - deyə o yazıb.
Xatırladaq ki, dünən HƏMAS İsraillə atəşkəs sazişi şərtlərinə əsasən azad edilən üç İsrail girovunu və beş Tailand vətəndaşını Qəzzada Beynəlxalq Qızıl Xaç Komitəsinin əməkdaşlarına təhvil verib.
"HƏMAS hərəkatı" teqi üzrə xəbərlər
- HƏMAS İsrailin atəşkəsin birinci mərhələsinin uzadılması şərtlərini RƏDD ETDİ
- HƏMAS Qəzzada atəşkəsi uzatmaqdan imtina edir
- HƏMAS 600 fələstinli əsir müqabilində dörd girovun cəsədini İsrailə TƏHVİL VERDİ
- Fevralın 22-də azad edilməli olan fələstinli məhbusların taleyinə aydınlıq gətirildi
- ABŞ silahlarını alanlardan insan hüquqlarına riayət etmək tələbi LƏĞV OLUNDU