Fələstinin radikal HƏMAS hərəkatının Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyə İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian ilə görüşüb.
Bu barədə “Azad İran” “Telegram” kanalı kadrlar təqdim edib.
Məlumata görə, tərəflər Qəzzadakı son prosesləri müzakirə ediblər. Habelə Qəzzaya humanitar yardımın göndərilməsinin vacibliyi də vurğulanıb.
14:24
Fələstinin radikal HƏMAS hərəkatının Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyənin bu gün Tehrana səfəri gözlənilir.
Bu barədə “Azad İran” “Telegram” kanalı xəbər verib.
Məlumata görə, onun İranın xarici işlər naziri Hüseyn Əmir-Abdullahian ilə görüşü və birgə mətbuat konfransı keçirməsi nəzərdə tutulub.
Qeyd olunub ki, İsmayıl Haniyənin Tehrana səfəri BMT Təhlükəsizlik Şurasının Qəzza zolağında dərhal atəşkəslə bağlı qətnaməsindən sonra baş tutur.
Xatırladaq ki, bir neçə gün öncə İran XİN rəhbəri və HƏMAS lideri arasında telefon danışığı olub.