ATƏT-in Minsk qrupunun həmsədrləri martın 27-də Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ regionuna səfər edəcəklər.
Oxu.Az xəbər verir ki, bu barədə erməni KİV-i məlumat yayıb.
Daha öncə Azərbaycanın XİN rəhbəri Elmar Məmmədyarov ATƏT-in Minsk qrupunun həmsədrləri İqor Popov (RF), Stefan Viskonti (Fransa) və Riçard Hoqlandın (ABŞ) martın 11-də Bakıya səfər edəcəklərini bəyan etmişdi.
N.О.
www.oxu.az