Sevastopolun Xmelnitski kəndində hərbi qulluqçu öz xidmət yoldaşlarını və mülki şəxsləri güllələyib. Hadisə nəticəsində dörd nəfər ölüb, daha dörd nəfər isə xəsarət alıb.
Oxu.Az xəbər verir ki, insidentlə bağlı avqustun 4-də qubernator Mixail Razvojayev açıqlama verib.
Hərbçi əvvəlcə hərbiçi öz xidmət yoldaşlarına atəş açıb. Onlardan biri ölüb, digəri isə yaralanıb.
Daha sonra həmin şəxs mülki vətəndaşlara - 71 və 59 yaşlı iki kişiyə, həmçinin 64 yaşlı bir qadına atəş açaraq onları qətlə yetirib. Kənd sakinlərindən daha üç nəfər isə yaralanıb.
Bildirilir ki, hadisəni törədən hərbçi saxlanılıb. Hazırda hadisə yerində əməliyyat xidmətlərinin əməkdaşları, müstəntiqlər və kriminalistlər tərəfindən araşdırma aparılır.