Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Ayətullah Əli Xamenei cihad hökmü verdi
İranın ali rəhbəri Seyid Əli Xamenei "Hizbullah" lideri Həsən Nəsrullahın öldürülməsindən sonra cihad hökmü verib.
"Azad İran" "Telegram" kanalının məlumatına görə, bu barədə o, özünün "X" hesabında bəyan edib.
"Bütün müsəlmanlara öz imkanları ilə Livan xalqının, həmçinin "Hizbullah"ın yanında fəxrlə dayanmaq və qəsbkar, zalım, şər rejimlə qarşıdurmada ona kömək etmək vacibdir", - deyə o, bildirib.
İranın Ali Lideri Əli Xamenei gücləndirilmiş təhlükəsizlik tədbirləri ilə bağlı ölkə daxilində təhlükəsiz yerə köçürülüb.
Bu barədə Oxu.Az "Reuters"ə istinadən xəbər verir.
Tehran tərəfindən məlumatlandırılan iki regional rəsmi məmur bildirib ki, İsrailin "Hizbullah" lideri Həsən Nəsrullahın Beyrutun cənubuna endirilən zərbə nəticəsində öldürüldüyünü elan etməsindən sonra İran Livanın "Hizbullah" və digər regional qrupları ilə daimi əlaqədir ki, növbəti addımları müəyyən edə bilsin.
İranın Ali Rəhbəri Ayətullah Əli Xamenei Livanın "Hizbullah" hərəkatının baş katibi Həsən Nəsrullahın ölüm xəbərindən sonra İsrailə qarşı sərt bəyanatla çıxış edib.
Oxu.Az-ın verdiyi məlumata görə, bu barədə charter97.org xəbər yayıb.
Bildirilir ki, o, müraciətində "sionist cinayətkarların" Livandakı "Hizbullah"a əhəmiyyətli zərər vurmaq üçün çox kiçik olduğunu deyib.
"Regiondakı bütün müqavimət qüvvələri "Hizbullah"ı dəstəkləyir. Regionun taleyini müqavimət qüvvələri müəyyən edəcək", - deyə o vurğulayıb.
İranın Ali Rəhbəri Əli Xamenei Ali Milli Təhlükəsizlik Şurasının təcili iclasını çağırıb.
"Azad İran" "Telegram" kanalının məlumatına görə, bu barədə "The New York Times" İranın iki rəsmisinə istinadən yazıb.
Bildirilir ki, iclas İsrail ordusunun Beyrutun cənubunda Livanın "Hizbullah" hərəkatının mövqelərinə hücumundan sonra keçirilib.
Qəzet qeyd edib ki, eyni zamanda, fövqəladə iclas İsrailin Beyrutda "Hizbullah" lideri Həsən Nəsrullahı hədəf alan hücumu ilə əlaqədar edilib.
Rəylər