Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
İsrail Ordusu infoqrafika dərc etdi: "Hizbullah"ın yalnız regional komandanı sağdır
İsrail Ordusu son aylarda Livanın "Hizbullah" hərəkatının demək olar ki, bütün liderlərini öldürüb
Oxu.Az-ın verdiyi məlumata görə, İsrail Müdafiə Ordusu (SAXAL) bununla bağlı müvafiq infoqrafika dərc edib.
Bildirilir ki, hərəkatın liderlərindən yalnız regional komandan Əbu Əli Rida sağ qalıb.
Bundan əvvəl İsrail ordusu "Hizbullah" lideri Həsən Nəsrullahın öldürüldüyünü elan edib. Onunla birlikdə "Hizbullah"ın Cənub cəbhəsinin komandanı Əli Karki və digər komandirlərin də öldürüldüyü vurğulanır.
Qurumun bəyanatına görə, Hərbi Hava Qüvvələri Beyrutun Dahi rayonunda yaşayış binasının altında yerləşən "Hizbullah"ın Mərkəzi Qərargahına zərbə endirib.
Qeyd edək ki, baş verənlər fonunda İranın ali lideri Əli Xamenei yüksək təhlükəsizlik tədbirləri olan yerə köçürülüb.
İsrailin hava hücumu nəticəsində Livanın "Hizbullah" hərəkatının raket bölməsinin komandiri Məhəmməd Əli İsmayıl və onun müavini Hüseyn Əhməd İsmayıl ölüb.
Oxu.Az-ın verdiyi məlumata görə, bu barədə İsrail Müdafiə Ordusu (SAXAL) özünün "Telegeram" kanalında məlumat verib.
Bildirilir ki, onlarla yanaşı Livanın cənubunda raket bölməsinin digər komandirləri də məhv edilib.
Bəyanatda deyilir ki, Məhəmməd Əli İsmayıl İsrail dövlətinə qarşı çoxsaylı terror hücumlarının təşkilinə, o cümlədən İsrail ərazisinə raket atəşinə və çərşənbə günü İsrailin mərkəzi hissəsinə "yer-yer" tipli raketin buraxılmasına cavabdeh idi.
SAXAL bundan əvvəl xəbər vermişdi ki, İsrail ordusu Livanın cənubunda Tir şəhəri yaxınlığında "Hizbullah" hərəkatının obyektlərinə zərbələr endirir. İsrail zərbələrdən əvvəl Beyrutun cənub ətrafındakı iki rayonun sakinlərini dərhal təxliyə etməyə çağırıb. SAXAL-ın məlumatına görə, orada Livan hərəkatının yeraltı strateji obyektləri yerləşir.
"İsrail - Livan gərginliyi" teqi üzrə xəbərlər
- Netanyahu: "Dəməşqdə hakimiyyət dəyişikliyi İsrail üçün yeni imkanlar açır"
- İsrail ordusu Livandakı terrorçu hədəflərə hücuma başlayıb
- "Hizbullah" atəşkəsdən sonra ilk dəfə İsrail mövqelərinə zərbələr endirib
- İsrail ordusu Suriya üzərində İrandan uçan təyyarəni geri çevirib
- HƏMAS Qəzzada atəşkəsi müzakirə etməyə hazırdır
Rəylər