Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Rusiya və İran XİN başçıları görüşüblər
Ötən gün Nyu-Yorkda BMT Baş Assambleyasının 79-cu sessiyası çərçivəsində Rusiya xarici işlər naziri Sergey Lavrov iranlı həmkarı Abbas Əraqçı ilə ilk dəfə görüşüb.
Bu barədə "Azad İran" "Telegram" kanalı xəbər verib.
Məlumata görə, görüş zamanı İranın nüvə proqramı üzrə Birgə Hərtərəfli Fəaliyyət Planı ətrafında işlərin vəziyyəti, Cənubi Qafqazda və Fələstin-İsrail münaqişəsi zonasında vəziyyət də daxil olmaqla, aktual beynəlxalq və regional problemlər ətrafında geniş fikir mübadiləsi aparılıb.
Xarici siyasət koordinasiyasının hazırkı yüksək səviyyədə saxlanmasında qarşılıqlı maraq vurğulanıb.
Tərəflər Rusiya və İran arasında strateji tərəfdaşlıq münasibətlərinin qurulması xəttinin dəyişməzliyini və əvvəllər razılaşdırılmış bütün birgə layihələrin həyata keçirilməsinə sadiq olduqlarını təsdiqləyiblər.
Nazirlər ali və yüksək səviyyələrdə qarşıdan gələn təmasların qrafikini nəzərdən keçiriblər.
Sergey Lavrov habelə iranlı həmkarını uyğun vaxtda Moskvaya səfərə dəvət edib.
"Abbas Əraqçı" teqi üzrə xəbərlər
- İran XİN rəhbərindən etiraf: "Bəşər Əsəddən dəfələrlə Türkiyə ilə danışıq aparmasını istəmişəm"
- Ermənistan İrana yeni səfir təyin edib
- Dohada Suriya vəziyyəti ilə bağlı üçtərəfli danışıqlar başlayıb
- Rusiya, İran və Türkiyə Suriya ilə bağlı görüş keçirəcəklər
- Abbas Əraqçi: "İran Suriyaya qoşun göndərə bilər"
Rəylər