“Ermənilər törətdikləri vəhşiliklərə görə üzr istəsələr, Azərbaycanla Ermənistan arasında barışıq mümkündür”.
Bu sözləri “Arab News”a müsahibəsində Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.
Hikmət Hacıyevin sözlərinə görə, ermənilər Azərbaycana qarşı əsassız ittihamlar irəli sürürlər, Azərbaycanın Qarabağ bölgəsinin erməni sakinləri isə blokadada deyillər.
“Azərbaycanın təklifi birdən çox yolun olmasıdır və mühüm yollardan biri də Ağdam-Xankəndi yoludur. Qarabağ bölgəsi ilə əlaqə saxlamaq üçün daha səmərəlidir və daha çox logistik imkanlara malikdir, çünki Azərbaycan onu tamamilə yenidən qurub”, - deyə H.Hacıyev əlavə edib.
'Azerbaijan-Armenia reconciliation possible if apology offered for past atrocities'
— Hikmet Hajiyev (@HikmetHajiyev) September 6, 2023
These are unsubstantiated and ungrounded allegations against Azerbaijan. There is no strangulation or blockade of the Armenian residents of the Karabakh region of Azerbaijan.
What Azerbaijan is…
Prezidentin köməkçisi vurğulayıb ki, marionet rejiminin başında dayanan komandirlər humanitar bəhanə adı altında separatçı qurumun ömrünü uzatmağa çalışırlar.
Azərbaycan rəsmisi bildirib ki, onların məqsədi dezinformasiya yayaraq beynəlxalq ictimaiyyəti aldatmaqdır.
H.Hacıyev vurğulayıb ki, separatçılar onlara göndərilən ərzağı qəbul etməkdən və Azərbaycanla dialoqdan imtina edirlər:
“Bu, irqçilikdir. Onlar qida məhsullarını göndərən tərəfin etnik kimliyini əsas gətirərək ərzağı qəbul etməkdən imtina ediblər”.
The warlords at the helm of the current subordinated Armenian puppet regime in those territories of Azerbaijan are using the humanitarian situation for their own benefit, to prolong their survival as a separatist entity that will not accept Azerbaijan’s sovereignty, and for the…
— Hikmet Hajiyev (@HikmetHajiyev) September 6, 2023