Hindistanda Pakistana casusluq etməkdə şübhəli bilinən azı doqquz nəfər saxlanılıb.
Bu barədə Oxu.Az NDTV telekanalına istinadla xəbər verir.
Casusluqda şübhəli bilinənlər ölkənin müxtəlif ərazilərində saxlanılıblar.
Onlar arasında müxtəlif peşə sahibləri - bloqer, mühafizəçi, iş adamı, tələbələr var.
Qeyd edək ki, saxlanılmalar son zamanlar Hindistan və Pakistan arasında gərginliyin artması fonunda baş verib.
Aprelin 22-də Cammu və Kəşmirdə silahlılar 26 turisti güllələdikdən sonra Hindistan buna görə Pakistan hakimiyyətini günahlandırıb və mayın 6-da "Sindur" əməliyyatına başlayıb.
Tərəflər mayın 10-da atəşkəs barədə razılığa gəliblər.