Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

Hindistanda 7 ayda 25 kişi ilə evlənən qadın həbs edildi
Hindistanda polis ölkənin müxtəlif ştatlarında yeddi ay ərzində 25 kişi ilə evlənərək onları qarət edən 23 yaşlı Anuradha Pasvanı həbs edib.
Oxu.Az xəbər verir ki, bu barədə "The Times of India" nəşri məlumat yayıb.
Nəşrin məlumatına görə, "evlilik fırıldaqçısı" bəyləri aldatmaq və toydan qısa müddət sonra onların qiymətli əşyalarını oğurlamaq məqsədilə mürəkkəb saxtakarlıq sxemi qurmaqda ittiham olunur.
İşi araşdıran müstəntiqin sözlərinə görə, Anuradha evlənmək üçün saxta sənədlərdən istifadə edib. Toydan sonra bir neçə gün ərinin yanında qalır, daha sonra isə gecə saatlarında qızıl-zinət əşyaları, pul və elektronikaları götürərək evdən qaçırdı.
Onun kimliyi bəylərdən birinin polisə müraciətindən sonra müəyyən edilib.
"Hindistan" teqi üzrə xəbərlər
- Hindistanda Himalay dağlarında helikopter qəzası: Altı zəvvar və bir pilot həlak oldu
- "Boeing 787-8" təyyarələrinin uçuşları dayandırıla bilər
- Hindistanda təyyarə qəzasında ölənlərin sayı 300 nəfəri keçdi
- Hindistanda təyyarə qəzasından yeganə sağ çıxmış sərnişin DANIŞDI
- "Dreamliner" təyyarəsinin qəzaya uğraması "Boeing"in səhmlərini çökdürdü