Hindistanın şimalındə yerləşən Cammu və Kəşmir ştatında partlayış baş verib.
Bu barədə NDTV telekanalı yerli polisə istinadən məlumat yayıb.
İnsident martın 7-də Cammu şəhərinin avtobus dayanacaqlarından birində qeydə alınıb.
Partlayıcı qurğu avtobuslardan birinin altına yerləşdirilib. Telekanalın məlumatına görə, hadisə nəticəsində 18 nəfər yaralanıb.
Partlayışlar əlaqədar araşdırma aparılır.