Hindistanın Uttar-Pradeş ştatında meşə təsərrüfatı idarəsinin əməkdaşları azı altı uşağın ölümünə səbəb olduğu güman edilən bəbiri ələ keçiriblər.
Məlumata görə, heyvan Belva kəndi yaxınlığında tutulub.
Yırtıcının hücumları ilə bağlı xəbərlərdən sonra meşə idarəsi Dehli və Kəlkütədən mütəxəssisləri çağıraraq heyvanı tutmaq üçün əraziyə dörd qrup göndəriblər.
Bildirlir ki, iki aydır Suhelva qoruğunda kəndlilər arasında qorxuya səbəb olan heyvan videokameralarla təchiz edilmiş dronlar sayəsində aşkarlanıb.
Bəbirə sakitləşdirici iynə vurulub və qəfəsə salınıb. O, Qoraxpur şəhərindəki zooparka göndərilərək mütəxəssislər tərəfindən müayinə olunacaq və yırtıcının gələcək taleyi ilə bağlı qərar veriləcək.
Mənbə: TASS
Rəylər