Hindistanın Qoa ştatının Şirqao şəhərində dini yürüş zamanı yaranan izdihamda azı altı nəfər ölüb, 50 nəfər ağır yaralanıb.
Bu barədə Oxu.Az NDTV telekanalına istinadla məlumat verir.
Bildirilir ki, dini yürüş zamanı insanlar arasında qəfil çaxnaşma yaşanıb.
İlkin versiyaya görə, faciə mərasimdə böyük kütləyə nəzarət üçün tədbirlərin görülməməsi səbəbindən baş verib.