Hindistanın Haryana ştatındakı Surackand yarmarkasında əyləncə attraksionu çöküb.
Oxu.Az xəbər verir ki, bu barədə ANI xəbər agentliyi məlumat yayıb.
Hadisə zamanı 13 nəfər xəsarət alıb, insanları xilas etməyə çalışan polis əməkdaşı həyatını itirib. Qeyd olunub ki, attraksionun çökən konstruksiyası əməkdaşın üzərinə düşüb.
Hadisə ilə bağlı araşdırma aparılır.