Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

Hindistanda fişəng istehsalı fabrikində partlayış: Xeyli sayda ölən var
Hindistanın qərbində yerləşən Qucarat ştatında fişəng istehsalı fabrikində baş verən partlayış nəticəsində ən azı 18 nəfər həlak olub.
Oxu.Az-ın məlumatına görə, bu barədə PTI agentliyinə rəsmi şəxslər məlumat veriblər.
Məlumata görə, müəssisənin ərazisində dağıntılar altından 18 nəfərin cəsədi çıxarılıb, daha beş nəfər yaralanıb, lakin vəziyyətləri stabildir.
Qeyd olunub ki, hadisə fişənglərin hazırlanması zamanı baş verib.
Yanğın artıq söndürülüb. Dağıntılar altında qalan insanların xilas olunması əməliyyatı davam edir.
"Hindistan" teqi üzrə xəbərlər
- Hindistanda fabrikdə partlayış: Ölənlərin sayı artdı
- Çindən Hindistana "Əjdaha və filin tanqosu" çağırışı
- İtaliya Superkubokunun keçiriləcəyi ölkə dəyişdirilə bilər
- Bakı həbsxanasında saxlanılan hindistanlı "kriminal avtoritet" ölkəsinə ekstradisiya ediləcək
- Ukrayna XİN: "Bu il münaqişəyə son qoymağa hazırıq"
Ən çox oxunanlar