Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

"Melissa Group"da bəzi mənzillərin satışı dayandırıldı - QƏRAR
"Melissa Group" tikinti şirkətində katlavan mənzillərin satışı dayandırılıb.
Oxu.Az İqtisadiyyat.az-a istinadən xəbər verir ki, bununla bağlı müvafiq qərar qəbul olunub.
Şirkətdən bildirilib ki, rəhbərliyin göstərişinə əsasən, katlavan mənzillərin satışı dayandırılıb.
Qeyd olunub ki, bununla yanaşı, hazırda həm təmir işləri, həm də hazır binalarda mənzillərin satışı davam etdirilir.
Xatırladaq ki, martın 27-də "Melissa Group" tikinti şirkəti tərəfindən Bakının Yasamal rayonunda yaşayış olan evin söküntüsü həyata keçirilib.
Hadisədən sonra "Melissa Group" tikinti şirkətinin rəhbəri Qalib Məmmədov və şirkətin əməkdaşı, ekskavatorun sürücüsü Qala Eynullayev həbs olunub.