Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

Alatavadakı qanunsuz söküntüyə görə həbs edilən "Melissa Group"un rəhbəri ev dustaqlığına buraxıldı
"Melissa Group" tikinti şirkətinin rəhbəri, Alatavada qanunsuz söküntü işləri ilə bağlı həbs edilən Qalib Məmmədov barəsində ev dustaqlığına buraxılması barədə təqdimata baxılıb.
Oxu.Az "Report"a istinadən xəbər verir ki, Xətai Rayon Məhkəməsində hakim Sülhanə Hacıyevanın sədrliyi ilə keçirilən prosesdə onun müraciəti təmin edilib və Qalib Məmmədov ev dustaqlığına buraxılıb.
Xatırladaq ki, Bakı şəhəri, Yasamal rayonu, Alatava ərazisində söküntü işləri aparan "Melissa Group" tikinti şirkətinin sahibi Qalib Məmmədov və həmin şirkətdə ekskavator sürücüsü işləyən Qala Eynullayev saxlanılıblar. Daha sonra onlar barəsində həbs qətimkan tədbiri seçilib.
Hər iki şəxsə Cinayət Məcəlləsinin 186.2.1 (özgənin əmlakını qəsdən məhvetmə, zərərçəkmişə külli miqdarda zərərvurma) maddəsi ilə ittiham verilib.