Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

Kişi onunla rayona köçməkdən imtina edən arvadını döyüb evdən qovdu
Abşeronda ər rayona getmək istəməyən arvadını döyüb evdən qovub.
Oxu.Az-ın məlumatına görə, hadisə Xırdalan şəhərində baş verib. 1983-cü il təvəllüdlü Fərasət Məcidov (adı və soyadı şərtidir) rayondan gəlib, Abşeron rayonunun Xırdalan qəsəbəsində məskunlaşıb. Onların birgə nikahdan 3 övladları dünyaya gəlib. Bir neçə il ailəsi ilə birlikdə Xırdalanda yaşayan F.Məcidov bir müddət sonra iş tapa bilməyib və içkiyə qurşanıb. Dolanışıq səviyyəsinin get-gedə çətinləşdiyini görən ər ailəsi ilə birlikdə rayona qayıtmaq istəyib. Amma həyat yoldaşı övladlarının Xırdalan şəhərində orta məktəbdə təhsil aldıqlarını əsas gətirərək rayona köçməkdən imtina edib. Bundan əsəbiləşən F.Məcidov həyat yoldaşı ilə mübahisə edib. Mübahisə nəticəsində o, arvadını döyərək kirayə yaşadığı evdən qovub.
İşə polis qarışıb və faktla bağlı cinayət işi başlanıb və iş məhkəməyə göndərilib.
Məhkəmə tərəflərin barışdığını nəzərə alıb, ər həyat yoldaşına vurduğu ziyanı ödədiyi üçün cinayət işinə xitam verilib.
Aqil Vəlili
"Qəsdən sağlamlığa zərərvurma" teqi üzrə xəbərlər
- Atasının ölümündə təqsirləndirilən oğul onun meyitinin ekshumasiyasını istədi
- Bakıda rejissor 60 yaşlı sürücünün burnunu sındırdı, həbs edildi - 202 minlik İDDİA
- Dəhşətli cinayətdə ŞOK DETAL: "Əhmədin anasının şəkillərini atıb ölümlə hədələyirdi"
- Pula görə dayısını bıçaqlayan şəxsə HÖKM OXUNDU
- 56 yaşlı kişi evində sevgilisi ilə yeyib-içdi, ona xəsarət yetirdi - TƏFƏRRÜAT