Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

Pentaqon: "Ukraynada eskalasiya ABŞ-Rusiya müharibəsi ilə nəticələnə bilər"
Ukrayna böhranının eskalasiyası halında ABŞ ilə Rusiya arasında birbaşa hərbi qarşıdurma mümkündür.
Oxu.Az-ın verdiyi məlumata görə, bu barədə ABŞ Silahlı Qüvvələrinin Şimali Komandanlığının rəhbəri general Qreqori Giyyo bəyan edib.
O, ABŞ-nin əsas rəqiblərindən biri ilə birbaşa münaqişə ehtimalının artdığını bildirib.
Pentaqon rəsmisinin sözlərinə görə, Çin, Rusiya, Şimali Koreya və İran ABŞ ilə silahlı toqquşmadan yayınmağa çalışsalar da, onların Qərbin zəiflədiyinə dair inamı beynəlxalq arenada Vaşinqtona meydan oxumaq istəyini artırır və bu, səhv hesablamalara gətirib çıxara bilər.
"Ukrayna böhranında hələ də elə ssenarilər mövcuddur ki, münaqişənin eskalasiyası nəticədə ABŞ ilə birbaşa hərbi toqquşmaya gətirib çıxara bilər", - deyə o bəyan edib.
General əlavə edib ki, Yaxın Şərqdəki vəziyyət də ABŞ ilə İran və onun proksi qüvvələri arasında birbaşa qarşıdurma riskini daşıyır.
Bundan əlavə, Tayvan ətrafındakı gərginlik və Cənubi Çin dənizindəki vəziyyət Çin ilə ABŞ arasında hərbi eskalasiya təhlükəsi yaradır.
Giyyonun fikrincə, Koreya yarımadasında da münaqişənin yenidən alovlanması riski mövcuddur.
"ABŞ-Rusiya münasibətləri" teqi üzrə xəbərlər
- Putin və Tramp beşinci dəfə telefonda danışıblar
- Tramp: "2020-ci ildə prezident seçkisi saxtalaşdırılmasaydı, bu müharibə baş verməzdi"
- Kelloq: "ABŞ NATO-nun Rusiya sərhədlərinə qədər genişlənməsini dayandırmağa hazırdır"
- ABŞ alimləri Rusiya ilə müharibə vəziyyətində nüvə qışının ssenarisini hazırlayıblar
- Rusiya Rubio ilə Trampı qarşı-qarşıya qoyub?