İqtisadiyyat naziri Mikayıl Cabbarov Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) İllik Toplantısı çərçivəsində Moldova Respublikasının baş nazirinin müavini, iqtisadi inkişaf və rəqəmsallaşma naziri Doina Nistor ilə görüşüb.
Oxu.Az xəbər verir ki, bu barədə Mikayıl Cabbarov özünün "X" hesabında məlumat paylaşıb:
"Moldova ilə iqtisadi əlaqələrin inkişaf istiqamətlərini, investisiya, ticarət, energetika və digər sahələrdə əməkdaşlığın genişləndirilməsi perspektivlərini nəzərdən keçirdik".
Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) (@EBRD) İllik Toplantısı çərçivəsində Moldova Respublikasının Baş nazirinin müavini, iqtisadi inkişaf və rəqəmsallaşma naziri xanım Doina Nistor ilə görüşdük. #Moldova ilə #iqtisadi əlaqələrin inkişaf istiqamətlərini, #investisiya,… pic.twitter.com/USISIejedd
— Mikayil Jabbarov (@MikayilJabbarov) May 14, 2025